Sabah Azərbaycan jurnalistlərinin 9-cu qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasına üzvlər seçiləcək və sədr, sədr müavinləri bəlli olacaq.
Manset.az xəbər verir ki, bu dəqiqələrdə Mətbuat Şurasının idarə heyətinin üzvlüyünə namizədlərin adları açıqlanıb. Siyahıda Azərbaycanın məşhur jurnalistləri yer alıb. Adları açıqlanan namizədlərdən Mətbuat Şurasına həm üzvlər, eyni zamanda sədr və müavinlər seçiləcək.
Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən – Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş etsələr də, Teleqraf Media Holdinqin rəhbəri, tanınmış jurnalist, sabiq millət vəkili Aynur Camal lazımi səsi yığa bilmədiyindən üzvlüyə namizədlər siyahısına düşə bilməyib.
Manşet.az