““44” bədii filmi mənim çox xoşuma gəldi. Təsirli filmdir, çox əhəmiyyətli və vaxtında çəkilmiş filmdir”.
Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Manset.az-a “44” bədii filmi haqqında danışarkən bildirib.
O qeyd edib ki, filmin uğuruna görə Anar müəllimi xüsusi olaraq təbrik edib. Xalq yazıçısı ekran əsərinin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətin əməyini yüksək qiymətləndirib.
“Təbii ki, film tək bir adamın işi deyil. Ssenaristlər, rejissorlar, aktyorlar hamısı bir yerdə uğurlu bir əsər yaradıblar. Aktyorların böyük əksəriyyətinin gənc olmasına baxmayaraq, onların performansını olduqca yüksək qiymətləndirirəm.
Filmdə heç bir çatışmazlığa rast gəlmədim. Hər nüans yerli-yerində idi. Filmin bütün səhnələri olduqca təsirli idi”, – deyə Anar vurğulayıb.
Manşet.az