logo
logo logo
logo

““44” filminə mütləq baxmaq lazımdır” - Firəngiz Mütəllimova

10:00 - 17 Oktyabr 2026

““44” filminə mütləq baxmaq lazımdır” - Firəngiz Mütəllimova

“Film çox xoşuma gəldi. Həm real həyat yaşadım, həm xəyala daldım. Ordumuzun o qəhrəman oğullarının şücaətini gördüm, şəhid analarına baxdım, onlar çox təsirlənmişdilər, ağlayırdılar. Olduqca təsirli bir film aldıq. Bu film dünyaya göstəriləsi bir filmdir”.


Manset.az xəbər verir ki, bunu Xalq artisti Firəngiz Mütəllimova “44” bədii filmi haqqında danışarkən bildirib.

“Filmdə ordumuzun sursatlarından istifadə olunub, ordumuzun əsgərləri iştirak edib. Çox gözəl aktyor heyəti var. Yəni hamı elə bil ki, öz yerində, düzgün seçilib. Hamısı ürəklə oynayır. Sanki biz o filmdə yenidən müharibəni yaşadıq. Bu o günləri görməyən körpələr, gələcək nəsl üçün vacib bir sərvətdir. Çox sevindim ki, nəhayət ki, bizim müharibəmizin möhtəşəmliyini göstərən bir film oldu. Filmin yüksək səviyyədə təşkil olunmuş rejissor, montaj, aktyor işi bizi real həyatdan həmin dünyaya keçirdi. Gəlsin də elədir ki, biz xəyalı filmə baxırsan. Bir də çox böyük bir şeydir. Montaj da çox uğurlu idi, rejissorun aktyor seçimi olduqca uğurlu idi. Hər şey yüzdə yüz idi. Mən deyə bilmərəm ki orada nəsə əskik idi.

“44” filminə baxanda bütün şəhidlərimiz hamısı gözümün qabağından keçdi. Hər birini bir-bir xatırladım. Hər kəsin görmək istədiyi o yanğı, o dəhşət, o sevinc, kədər hamısı filmdə var idi. “44” filminə mütləq baxmaq lazımdır. Mən bütün gənclərə filmə baxmağı məsləhət görürəm”, - deyə Xalq artisti xüsusilə vurğulayıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az