Mövlud Mirəliyevə vəzifə verildi

14:39 - 24 Mart 2025

Mövlud Mirəliyevə vəzifə verildi

Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə vəzifə verilib.

 

Manset.az Prosport.Az-a istinadən xəbər verir ki, 51 yaşlı sabiq idmançı Xüsusi Olimpiya Komitəsinin prezidenti təyin olunub.

O bu vəzifədə Rövşən Məmmədovu əvəzləyib.

Qeyd edək ki, martın 7-də Xüsusi Olimpiya Komitəsinin sədri (baş idarəedici) Şahin Əliyev yaşı ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb. Onun yerinə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az