"Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur"- Paşinyan

12:11 - 15 Aprel 2025

\"Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur\"- Paşinyan

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.

Manset.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az