“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu ölkəmizdə gedən proseslərə, xüsusilə də Azərbaycanın xarici siyasət strategiyasına beynəlxalq ictimaiyyətin marağının getdikcə artdığını bir daha nümayiş etdirdi.”
Bu sözləri Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Forumda yerli media nümayəndələri ilə yanaşı, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Azərbaycanın azad olunmuş ərazilərinin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu da aydın görərik.” Forumun açılışında aparılacaq müzakirələrin məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən, rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlməsinin vacibliyi qeyd olundu. Dünya KİV təmsilçilərinin suallarını cavablandıran cənab Prezident İlham Əliyev ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac olduğunu diqqətə çatdırdı. Təəssüf doğuran haldır ki, bu gün hələ də Azərbaycan haqqında beynəlxalq mediada, xüsusən də Qərb mediasında yayılan məlumatlar bir çox hallarda həqiqətə uyğun olmur. Biz çox zaman faktların manipulyasiyasının, yanlış narrativlərin şahidi oluruq. Möhtərəm dövlət başçımız “Berliner Verlag” qəzetinin redaktorunun sualını cavablandırarkən bu məsələyə də konkret münasibət bildirdi. Cənab Prezident qeyd etdi ki, ictimai rəyə əsasən media təsir edir, xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Bu gün isə, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri, Azərbaycana gəldikdə, çox mənfi və ədalətsizdir. Belə vəziyyətin aradan qaldırılmasının ən yaxşı yolu da məhz belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və ən yaxşı yol həmin insanların Azərbaycana gəlmələri və xalqın öz Prezidenti, hökuməti və inkişafı haqqında nə düşündüklərini öyrənməkdir. Sonra isə bütün bunlar barədə auditoriyaya həqiqəti söyləmək lazımdır. Əlbəttə ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq.”
Millət vəkili daha sonra bildirib ki, Forumun gedişində cənab Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də Azərbaycanın neokolonializmlə mübarizədə rolu ilə bağlı oldu: “Yeni Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni razılaşmaya, eləcə də bir çox dəniz ərazilərində hələ də davam edən kolonializmə qarşı mübarizə ilə bağlı məsələlərə dövlət başçımızın rəyini öyrənmək məqsədilə Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibinin verdiyi sualları cavablandırarkən Ölkə Prezidenti cənab İlham Əliyev ilk növbədə bildirdi ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir və bu, hekayətin sonu deyil, yalnız başlanğıcıdır. Qoşulmama Hərəkatına sədrliyin ilk ilindən başlayaraq Azərbaycan dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir. Bu, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın öhdəliyi, eyni zamanda, bir ölkə kimi mövqeyi idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, hər hansı normal insan davranışına heç cür sığmır. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur. Bununla Azərbaycan Prezidenti dünyaya demokratiya dərsi keçmək iddiasında olan bəzi Qərb liderlərinə bir daha əsil demokratiyanın nədən ibarət olduğunu dərk etmələrinin zamanı gəldiyi barədə növbəti mesajını göndərdi”.
“III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı”
10:10 - 23 İyul 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 Avqust 2026 - 21:32
Vəkil Elşad Məmmədov həbs edildi - FOTO
18 Avqust 2026 - 22:15
İrandan BƏƏ-yə raket hücumu oldu
18 Avqust 2026 - 23:14
Ağır qəzada ölən Elvinin ad günü imiş - VİDEO
18 Avqust 2026 - 23:29
Nardaranda kişi evində ölü tapıldı
18 Avqust 2026 - 21:51
Güləşçimiz finala vəsiqə qazandı
18 Avqust 2026 - 23:46
Meteohəssas insanların DİQQƏTİNƏ
18 Avqust 2026 - 15:40
Binəqədidəki yanğın söndürüldü - YENİLƏNİB
18 Avqust 2026 - 18:44
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI
18 Avqust 2026 - 17:33
Təhlükəli virus can almağa davam edir
18 Avqust 2026 - 14:00
Qurban Qurbanovun konfransı Bakıda olacaq
18 Avqust 2026 - 16:34
Türkiyədə avtobus dərəyə aşdı: 4 ölü, 10 yaralı - Azərbaycanlılar var?
18 Avqust 2026 - 16:31
Qaçaq Nəbi və Qara Nəbi: Tarixi yaddaşın sənədlə sınağı - Sərdar Cəlaloğluya AÇIQ MƏKTUB
Xəbər xətti
- 19 Avqust 2026
- 13:12 Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
- 13:06 "NASA yeni kraterin görüntülərini yayımladı" - Ayda raket izi
- 12:50 Sabah hava necə olacaq?
- 12:36 İlham Əliyev Gülərin arzusunu belə reallaşdırdı - Dövlət başçısından JEST
- 12:28 Tramp-Kim Çen In görüşü - Liderlər bu il üz-üzə gələ bilər
- 12:22 Həkim səhvi ilə bağlı məhkəmədə nələrə diqqət yetirilir?
- 12:15 Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
- 11:53 Divar çökdü, 5 nəfər öldü - Qonaqlıq faciəyə döndü
- 11:22 "Qarabağ" çox vacib səfərə çıxacaq" - Qurban Qurbanov
- 11:10 Şəkərli içkilər xərçəng riskini dəfələrlə artırır
- 10:51 Daha 5 itkin-şəhid dəfn olunacaq
- 10:41 2027-ci il ən isti il ola bilər - İqlim həyəcanı
- 10:31 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi
- 10:07 İspaniyada ard-arda güclü ZƏLZƏLƏ - Otellər təxliyə edildi
- 10:00 Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
- 09:45 Neftimizin yeni QİYMƏTİ
- 09:30 Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü
- 09:07 Çempionlar Liqasında böyük sınaq - “Sabah” “Hapoel”ə qarşı
- 09:00 Paytaxtın bəzi küçələrində TIXAC var
- 08:30 Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
- 08:00 Çia toxumunun faydaları və zərərləri
- 01:30 Təzyiqi salmaq üçün nə yemək lazımdır?
- 01:04 “Fənərbaxça” qələbə qazana bilmədi
- 00:30 "Beşiktaş" onu hədəfə aldı
- 18 Avqust 2026
- 23:51 Gəncədə 2 maşın toqquşdu - Yaralılar var
- 23:46 Meteohəssas insanların DİQQƏTİNƏ
- 23:29 Nardaranda kişi evində ölü tapıldı
- 23:14 Ağır qəzada ölən Elvinin ad günü imiş - VİDEO
- 22:58 Azərbaycanın beynəlxalq axtarışa verdiyi Çadayev istefa verdi
- 22:49 Bəzi ərazilərdə işıq olmayacaq
- 22:34 Türkiyədə deputat bıçaqlandı
- 22:15 İrandan BƏƏ-yə raket hücumu oldu
- 21:51 Güləşçimiz finala vəsiqə qazandı
- 21:32 Vəkil Elşad Məmmədov həbs edildi - FOTO
- 21:14 “Qorqud” folklor ansamblı ölkəmizi təmsil etdi - FOTOLAR
- 20:52 Qəzzadakı limana endirilən zərbədə 6 nəfər öldü
- 20:34 Bakıda binanın qabağında kişi meyiti tapıldı
- 20:16 Tramp ABŞ-nin İranla danışıqlar aparmadığını bildirib
- 19:59 Tərtərdə maşının vurduğu 2 piyada ÖLDÜ - YENİLƏNİB
- 19:46 Viktor Yuşşenko İlham Əliyevə təşəkkür etdi
- 19:23 "Neftçi" serbiyalı futbolçunu heyətinə qatdı
- 19:08 5 gün əvvəl qəzada yaralanan yeniyetmə xəstəxanada ÖLDÜ
- 18:44 MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri AÇIQLANDI
- 18:34 Hazırda 12 yolda tıxac var - SİYAHI
- 18:12 Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO
- 17:55 MKA Gürcüstanla kibertəhlükəsizlik əməkdaşlığını müzakirə etdi
- 17:50 Azərbaycan CNN-i məhkəməyə verdi
- 17:49 Güclü zəlzələdə ölənlərin sayı 6500-ə çatır
- 17:46 Bəşər Əsədin əmisi oğluna edam cəzası verildi
- 17:33 Təhlükəli virus can almağa davam edir
- 17:32 Azərbaycanda qurumların hesablarına kiberhücum olub