“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini bir daha nümayiş etdirdi.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, Prezidentlərin mətbuata bəyanatları göstərdi ki, tərəflər münasibətləri sadəcə diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir müstəvidə inkişaf etdirirlər. “Cənab Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri yalnız siyasi deyil, iqtisadi, enerji və təhlükəsizlik müstəvilərində də ən yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin vurğuladığı kimi, bu sənəddən sonra əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş etdirirlər. Bu, həm Azərbaycanın Avropaya inteqrasiya xəttinə, həm də Slovakiyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş axtarışına tam uyğun gəlir.”
Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər qarşılıqlı siyasi iradənin təkcə Bakıda deyil, eyni zamanda, Bratislavada da prioritet səviyyədə olduğunu nümayiş etdirdi: “Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyır: Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması perspektivi Azərbaycanın Avropa üçün yalnız bu günün deyil, həm də yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xətti təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir” .
“Mövcud münasibətlər Azərbaycanın Avropaya inteqrasiya xəttinə tam uyğun gəlir”
15:58 - 10 Dekabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
04 İyul 2026 - 21:17
Deputat Səbinə Salmanovaya AĞIR İTKİ
04 İyul 2026 - 23:46
İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
04 İyul 2026 - 21:54
Zəngilanda bir nəfər çayda boğuldu
04 İyul 2026 - 23:16
Mərakeş 1/4 finala çıxdı
04 İyul 2026 - 21:32
ABŞ-İran danışıqları bu tarixdə keçiriləcək
04 İyul 2026 - 22:18
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
04 İyul 2026 - 22:36
“Turan Tovuz” yeni qapıçı transfer etdi
05 İyul 2026 - 00:30
Sağlam qaraciyər üçün qəhvə için
04 İyul 2026 - 22:54
İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI
05 İyul 2026 - 01:30
Yay istisində rahat yatmağın yolları
04 İyul 2026 - 23:56
Qubada avtomobil yük maşınına çırpıldı - Yaralıların vəziyyəti ağırdır
04 İyul 2026 - 23:35
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşdı
Xəbər xətti
- 05 İyul 2026
- 16:46 Makron Suriyaya səfər edəcək
- 16:40 Məşhur şairi gürzə SANCDI
- 16:36 Növbəti danışıqlar bu ölkələrdə baş tuta bilər
- 16:27 "Zirə" onu heyyətinə qatdı
- 16:19 Türkiyədə meşə yanğını başladı
- 16:14 Müdafiə Nazirliyi həftəlik icmalı yayımladı
- 16:01 Almaniyadan Ukraynaya böyük həcmli hərbi yardım
- 15:51 Yəmən sularında gəmiyə HÜCUM
- 15:31 90 dəqiqə nə danışıblar?
- 15:20 Çində insan beynini təqlid edən yeni çip
- 15:05 İsmayıllıdakı qəzanın baş vermə səbəbi açıqlandı
- 15:00 Maykl Ceksonun ölümü ilə bağlı yeni iddia
- 14:46 “Netanyahu rəhbərin kim olduğunu yaxşı bilir”
- 14:30 16 uşağın kabusu olan ev - Dünya bundan danışır / VİDEO
- 14:22 “Seltik” “Qarabağ”la yeni danışıqlara başladı
- 14:05 Qayıq aşdı - 6 balıqçı itkin düşdü
- 13:50 Paşinyandan yeni konstitusiya ilə bağlı AÇIQLAMA
- 13:30 Qəbul imtahanında 11 nəfərdə telefon aşkarlandı
- 13:12 Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO
- 13:05 XV İpək Yolu Musiqi Festivalı başa çatdı - FOTOLAR
- 12:44 Həftənin ilk günü hava necə olacaq?
- 12:28 Mbappe yeni rekorda imza atdı
- 12:10 Azyaşlının dama çıxaraq etdiyi hərəkət gündəm oldu - VİDEO
- 11:56 Avtomobil yanıb külə döndü - FOTO
- 11:49 ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb oldu
- 11:36 “AzerGold” QSC-nin 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olundu - FOTOLAR
- 11:24 Azərbaycanda hərbi qulluqçu vəfat etdi - FOTO
- 11:17 Bəzi ərazilərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
- 11:00 Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik etdi
- 10:35 Meyiti yaşadığı evin həyətindən tapıldı
- 10:20 Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
- 10:03 İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanladı
- 09:45 AZAL bəzi uçuşları təxirə sala bilər - XƏBƏRDARLIQ
- 09:33 Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşdü
- 09:20 "Fransa çətin qələbə ilə 1/4 finalda" - DÇ-2026
- 09:11 Azərbaycanda zəlzələ oldu
- 09:00 Bu gün imtahan var
- 08:30 Yayda qaralmaq istəyənlər üçün vacib tövsiyələr
- 08:00 Şirin saqqız qan təzyiqini azalda bilər
- 02:00 Bakıda bu taksilər qiyməti artırdı
- 01:30 Yay istisində rahat yatmağın yolları
- 00:30 Sağlam qaraciyər üçün qəhvə için
- 04 İyul 2026
- 23:56 Qubada avtomobil yük maşınına çırpıldı - Yaralıların vəziyyəti ağırdır
- 23:46 İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
- 23:35 Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşdı
- 23:16 Mərakeş 1/4 finala çıxdı
- 22:54 İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI
- 22:36 “Turan Tovuz” yeni qapıçı transfer etdi
- 22:18 Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
- 21:54 Zəngilanda bir nəfər çayda boğuldu
- 21:32 ABŞ-İran danışıqları bu tarixdə keçiriləcək