15 ildən sonra komandir vəzifəsindən azad edildi - FOTO

17:02 - 10 Dekabr 2025

15 ildən sonra komandir vəzifəsindən azad edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olunub. 


Manset.az Qaynarifo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Süleymanov Əbülfəz Cəfər oğlu son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Cəsur Cəfərov gətirilib.

Qeyd edək ki, polkovnik Əbülfəz Süleymanov 2010-cu ildən "N" saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az