DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

14:15 - 12 Dekabr 2025

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.


DTX-nin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az