Prezident İlham Əliyevin doğum günü
ilə bağlı təbriklərimizi ifadə edərkən, biz sadəcə təqvimdəki bir hadisəni deyil, əslində müasir
Azərbaycan tarixinin ən parlaq səhifələrini yazmış, ən ağır sınaqlardan
alnıaçıq çıxmış, xalqın
və dövlətin taleyini dəyişən böyük bir Liderin keçdiyi tarixi yolu dəyərləndiririk.
Müasir dünyamızda çox
liderlər var.
Lakin ən ağır geosiyasi şəraitdə qlobal güclərin, imperiya
keçmişi olan iki qonşu dövlətin və dünya erməniliyinin müqavimətini qırararq
azadlıq müharibəsini, diplomatiya və informasiya savaşını birmənalı qazanaraq
ölkəsinin suverenliyini və ərazi bötülyünü tam bərpa edən İlham Əliyev kimi
ikinci lider, ikinci Prezident və ikinci Ali Baş Komandan yoxdur.
İlham Əliyevin Liderliyini
tarixdə bənzərsiz edən yalnız qazandığı qələbə deyil.
Onu digərlərindən
fərqləndirəm əsas məqam həm də odur ki, o, qalib olduğu halda da sülhü
seçdi, yerləşdiyi coğrafiyada sabitlik və təhlükəsizliyin əsas təminatçısına
çevrildi.
Bu isə yalnız özünə güvənən güclü liderlərə xas olan ali
siyasi müdriklikdir.
Müasir dünyada elə bir lider yoxdur ki, hərbi qələbəni siyasi legitimliklə,
diplomatik mübarizəni hüquqi əsaslarla, milli iradəni isə beynəlxalq balansla
eyni anda və uğurla birləşdirə bilsin, beynəlxalq hüququn
ali normalarının və
Təhlükəsizlik Şurasının onilliklər boyu icra edilməyən qətnamələrinin icrasını təkbaşına, yalnız xalqının iradəsinə və ordusunun
gücünə arxalanaraq təmin etsin.
Bunu yalnız cənab İlham Əliyev bacardı.
Deportasiya və soyqırımlar yaşamış, məcburi köçkün taleyinə məhkum edilmiş,
torpaqları 30 il düşmən tapdağında qalmış, milli kimliyi və heysiyyəti təhqir
olunmuş, haqqa və ədalətə inamı sarsılmış bir xalqı yenidən dirçəltmək, 30 illik psixoloji
məğlubiyyəti, məğlubiyyət sindromunu və “olmaz” deyilən düşüncə tərzini məğlub
etmək, xalqa
inamı, dövlətə güvəni və gələcəyə əminliyi qaytarmaq, Azərbaycan xalqını müzəffər xalqa çevirmək son iki yüz
ildə yalnız İlham Əliyevə nəsib oldu.
İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və tarixi məsuliyyət daşıyan
qərarları Azərbaycanı beynəlxalq arenada nüfuzlu, regionda güc balansını öz xeyrinə
dəyişən, qalib
strateji baxışa malik və milli maraqlarını heç bir xarici təsir mərkəzindən
asılı etməyən müstəqil və güclü dövlətə çevirdi.
Prezident İlham Əliyevin liderliyinə nəzər salarkən onu Ulu Öndər Heydər Əliyevdən ayrı təsəvvür
etmək mümkün deyil. Burada söhbət dövlətçilik məktəbinin ardıcıllığından, milli
inkişaf strategiyasının davamlılığından və tarixi missiyanın tamamlama
mərhələsindən gedir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətini xilas etdi, sabitliyi bərqərar
etdi və gələcək inkişafın strateji əsaslarını formalaşdırdı.
İlham Əliyev isə bu möhkəm siyasi irs üzərində qalib
və suveren Azərbaycanı inşa etdi.
Lakin bütün bunlara baxmayaraq, cənab Prezidnetnə ictimaiyyətin nümayəndələri
tərəfindən dəfələrlə təklif edilsə də, bu misilsiz xidmətlərinə görə hər hansı bir dövlət mükafatının verilməsinə razılıq
vermədi.
Prezident İlham Əliyev öz tarixi rolundan hər zaman son dərəcə təvazökar şəkildə bəhs
edir. O, bu
xidmətlərin qiymətləndirilməsini orden və titullara deyil, tarixin ədalətinə və xalqın yaddaşına
həvalə edib. Sanki deyib: “Məni tarix qiymətləndirsin.”
Əgər dünyada başqa bir lider buna yaxın nailiyyətlərə imza atsaydı, çox güman ki, özünə qəhrəman adı
verərdi, adına prospektlər,
meydanlar, küçələr salınardı, ölkənin
ən ali mükafatını öz adına yazdırardı.
Amma İlham Əliyev tam əks yol seçdi.
Bu yol daxili gücün, siyasi
kamilliyin və ali mənəvi məsuliyyətin yoludur.
Prezident İlham Əliyev tarix məsələsində haqlıdır.
Çünki O, artıq
öz adını tarixə qızıl hərflərlə,
silinməz şəkildə yazdırıb.
Bu ad nə ordenlərlə ölçülür, nə də rəsmi titullarla məhdudlaşır.
Bu ad Müzəffər Ali
Baş Komandanın adıdır!
Bu, zamanın yox, əbədiyyətin
verdiyi qiymətdir.
Azərbaycan xalqı bu gün Müzəffər
Ali Baş Komandanla fəxr edir, sabah da fəxr edəcək.
Müzəffər Ali Baş Komandan, Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı, uzun ömür və qarşısına qoyduğu yeni milli hədəflər yolunda tarixi nailiyyətlər arzulayıram!
Azay Quliyev
Milli Məclisin deputatı