Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə sabiq spikerə yaxın şəxslər bildiriblər.
Mərhumun uzun müddət xəstə olduğu və Türkiyədə müalicədən sonra dünyasını dəyişdiyi bildirilib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.