"ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika mövcuddur"

17:35 - 26 Dekabr 2025

\"ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika mövcuddur\"

2025-ci ildə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekun mətbuat konfransında jurnalistlərə bildirib.

"Biz növbəti üç ildə (Donald Trampın prezidentlik dövrü - red) münasibətlərin inkişafına böyük nikbinliklə baxırıq. Növbəti administrasiya barədə danışarkən hesab edirik ki, ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşmasının üstünlükləri təkcə Bakıda hiss edilməməlidir. Bununla yanaşı, 2025-ci ilin sonunda uzunmüddətli perspektiv haqqında danışmaq hələ tam doğru deyil. Lakin artıq indi deyə bilərəm ki, ABŞ ilə münasibətlərin dinamikası çox yaxşıdır və biz ümid edirik ki, bu, yalnız güclənəcək, əməkdaşlıq isə genişlənəcək", - Ceyhun Bayramov bildirib.

XİN rəhbəri həmçinin vurğulayıb ki, Co Bayden administrasiyasının hakimiyyətdə olduğu dövrü Azərbaycanla münasibətlərdə əldən çıxmış vaxt kimi xarakterizə etmək olar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az