Milli Məclis Prezident və xanımını təbrik etdi

13:06 - 30 Dekabr 2025

Milli Məclis Prezident və xanımını təbrik etdi

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.


Manset.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin payız sessiyası üzrə son plenar iclasında çıxış edib.

Sədr bildirib ki, sabah xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra Yeni ili qeyd edəcək.

Sahibə Qafarova təklif edib ki, Pezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın.

Spikerin təklifi alqışlarla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az