Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət edib, Yeni İl münasibəti ilə onlara bayram hədiyyələri paylayıblar.
Manset.az xəbər verir ki, bu barədə Leyla Əliyeva instaqram səhifəsində paylaşım edib.
“Allah bütün uşaqlara can sağlığı və şəfa versin”, - deyə paylaşımda yazıb.