Leyla Əliyeva Maskatda Sultan Opera Evində - FOTOLAR

17:42 - 05 Yanvar 2026

Leyla Əliyeva Maskatda Sultan Opera Evində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub.


Manset.az xəbər verir ki, 2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir.

Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən təqdim olunan müxtəlif əsərlər Omanın, həmçinin bir çox ölkələrin bədii yaradıcılıq cəhətdən zənginliyini və rəngarəngliyini nümayiş etdirir.

Qeyd edək ki, bura ərəb dünyasında ikinci ən böyük Opera Evi hesab olunur.

Sultan Opera Evi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az