“Biz kağız üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq”

22:56 - 05 Yanvar 2026

“Biz kağız üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq”

“Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur”.


Manset.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qaldığını deyən dövlət başçısı vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.

İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqların bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu xatırladan Azərbaycan Prezidenti qeyd edib:

“Biz kağız – BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az