“Zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb”.
Manset.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib:
“Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.