Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

11:42 - 06 Yanvar 2026

 Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə həyata keçirilən xüsusi tədbirlər çərçivəsində Azərbaycan da daxil olmaqla 6 ölkənin 13 vətəndaşını Gürcüstandan deportasiya edib.


Manset.az Report-a istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Miqrasiya Departamenti müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində kompleks immiqrasiya nəzarəti tədbirləri həyata keçirib.

Nəticədə Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycanın vətəndaşları ölkədən çıxarılıb.

Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərə Gürcüstana yenidən giriş qadağan edilib.

Rəsmi statistikaya görə, ötən il ərzində Gürcüstandan deportasiya edilən xarici vətəndaşların ümumi sayı 1311 nəfər təşkil edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az