Cənab Prezident İlham Əliyev yerli TV kanallara müsahibəsində Azadlığı Müdafiə Aktının 907-ci düzəlişi barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib.
O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən bu qanunu qəbul etmişdir.
Azadlığı Müdafiə
Aktının 907-ci düzəlişi Azərbaycan hökumətinə birbaşa ABŞ dövlət yardımını qadağan edən
müddəa 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib. Maddə daha böyük
xarici yardım qanun layihəsinin tərkib hissəsi kimi qəbul edilib və həmin qanun
çərçivəsində həm Nümayəndələr Palatasından, həm də Senatdan keçib.
Bu düzəliş Birinci Qarabağ müharibəsindən
başlayaraq 3 onillik ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq
vasitəsi kimi istifadə edilib.
Cənab
Prezident bu prosesdə xüsusi aktiv olan şəxsin o dövrdə senator kimi, sonra
vitse-prezident, daha sonra prezidentliyi dövründə Co Bayden olduğunu qeyd
etdi.
Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan
kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, bunu Azərbaycana
qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent
göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan
nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Lakin ABŞ qoşunları oranı tərk etdikdə
Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub.
907-ci düzəliş ilə bağlı Konqresdə sonrakı dövrlərdə görülən tədbirlər və təşəbbüslərin
həmmüəllifləri və dəstəkçiləri arasında ermənipərəst Senator
Bob Memendez və Frank Pallone kimi şəxslər də olub. Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin
dayandırılması və ləğvinin prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar.
Bob Menendez uzun
illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında
mərkəzi rol oynayıb.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi o, ABŞ–Azərbaycan
əməkdaşlığına ardıcıl şəkildə qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri
qətiyyətlə dəstəkləyib, açıq şəkildə Azərbaycanı insan hüquqlarının pozulmasında və
aqressiyada ittiham edib. Menendez sonradan federal səviyyədə rüşvət və korrupsiya ittihamları
ilə üzləşib və məhkum edilib və
o siyasi etibarlılığını birdəfəlik itirib.
Fran
Pallon da ABŞ Konqresində, xüsusilə də
qanunvericilik müstəvisində, Azərbaycanla bağlı mənfi siyasi narrativin
formalaşdırılmasında ən fəal fiqurlardan biri olub. Ermənipərəst
Konqres üzvü kimi tanınan Pallon erməni diasporunun pul maşını hesabına daim
birtərəfli qaydada Azərbaycana qarşı lobbi aparıb. 2020-ci
il Vətən müharibəsi zamanı və sonrakı mərhələlərdə Azərbaycanın əleyhinə sərt mövqedən çıxış edib.
Bu ilin 8 avqust tarixində Prezidentin Vaşinqton səfəri zamanı, həmçinin, Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlib. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.
Prezident
İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi
olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını
dayandıran sənəd imzalandı.
Azərbaycan-ABŞ
strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və
tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal
infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış,
terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik
sahəsində əməkdaşlıqdır.
Strateji
İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin
genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi,
həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan
strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi,
ABŞ-ın ölkəmizdə iqtisadi fəallığı deməkdir.
Hər zaman strateji düşünən, uzaqgörən Dövlət Başçımızın da vurğuladığı kimi, gözləntimiz regionda sülh və inkişafla assosasiya olunan yeni reallıqlar fonunda, 907-ci düzəlişin tamamilə ləğv edilməsidir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı