“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO

12:37 - 07 Yanvar 2026

“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO

İsrailin milli kəşfiyyat orqanı “Mossad” Azərbaycan Prezidenti İlham Əliyevin Qəzza zolağında mümkün beynəlxalq missiyalarda ölkəmizin iştirakı ilə bağlı fikrini yayıb. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısının sözləri “Mossad”ın “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb. 

Paylaşımda dövlət başçısının Azərbaycanın xaricə, o cümlədən Qəzzaya qoşun göndərməyəcəyi və hər hansı beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etməyəcəyi ilə bağlı fikirləri yer alıb.  

“Bakı Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləyib, lakin aydın şəkildə bəyan edib: Hər hansı missiyada iştirak nəzərdə tutulmur”, - “Mossad”ın sosial şəbəkə hesabında Prezidentdən sitat gətirilib. 

Bu şərhin Qəzza sülh planı ilə bağlı təklif edilən beynəlxalq sabitləşdirmə qüvvələri haqqında danışıqlar fonunda səsləndiyi qeyd olunub. 

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırmışdı. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az