Dünən işdən çıxarılan polkovnikə yeni vəzifə verildi

17:08 - 08 Yanvar 2026

Dünən işdən çıxarılan polkovnikə yeni vəzifə verildi

Ötən gün Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük xidməti polkovniki Sənan Şahbəndəyev yeni vəzifəyə təyinat alıb.


Manset.az Bakupost-a istinadən xəbər verir ki, o, Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az