Generalın müavini təqaüdə göndərildi - YENİ TƏYİNAT

16:26 - 09 Yanvar 2026

Generalın müavini təqaüdə göndərildi - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavin təyin olunub.

Nazirin digər əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az