"Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri artıq hiss olunur, ilin sonuna qədər Ermənistan təxminən 16 milyard dram (təqribən 2,6 milyon ABŞ dolları) qənaət edəcək".
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.
O vurğulayıb ki, Azərbaycan benzininin idxalı birdəfəlik təşəbbüs deyil: "Bu, uzunmüddətli və dayanıqlı prosesdir".
Yanacağın Gürcüstan ərazisindən tranziti barədə danışan Papoyan qeyd edib ki, Tbilisi münasib və aşağı tarif təklif edib, buna görə də yanacaq qiymətlərinin artımı gözlənilmir.
Xatırladaq ki, 9 yanvar tarixində Azərbaycan Ermənistana ikinci neft məhsulları partiyasını göndərib.