Keçmiş jurnalistə yüksək vəzifə verildi

12:11 - 10 Yanvar 2026

Keçmiş jurnalistə yüksək vəzifə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.


Manset.az Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.

Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.

Elşad Miraləm əmək fəaliyyətinə jurnalist kimi başlayıb. O, 2005-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb. 2018-2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib.

2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az