Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Manset.az verir ki, Əli Əsədov, Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.