Saleh Məmmədov vətəndaşları qəbul edəcək

09:34 - 22 Yanvar 2026

Saleh Məmmədov vətəndaşları qəbul edəcək

Sabah Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək.


Manset.az Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Xızı və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Xızı rayonu "1 №-li Yol İstismarı" və Siyəzən rayonu "2 №-li Yol İstismarı" MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az