İsrail XİN başçısı Milli Məclisin deputatları ilə görüşdü - FOTO

19:34 - 26 Yanvar 2026

İsrail XİN başçısı Milli Məclisin deputatları ilə görüşdü - FOTO

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin deputatları ilə görüşüb.


Manset.az xəbər verir ki, o, bunu "X"dəki paylaşımında yazıb.

"Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş əla keçib. Biz İsrail və Azərbaycan arasındakı etimad, qarşılıqlı hörmət, ümumi dəyərlər və maraqlara əsaslanan dərin dostluq haqqında məhsuldar söhbət apardıq. Bu strateji tərəfdaşlığı gücləndiririk!", - deyə o yazıb.

Saarın sözlərinə görə, müzakirələrdə həmçinin deputatlar Anatoli Rafailov, Rasim Musabəyov, Asim Mollazadə və Nigar Arpadarai iştirak ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az