Kamran Əliyev onu yeni vəzifəyə təyin etdi

11:38 - 02 Fevral 2026

Kamran Əliyev onu yeni vəzifəyə təyin etdi

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q.Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az