"Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir” - İlham Əliyev

18:00 - 04 Fevral 2026

\"Zayed İnsan Qardaşlığı Mükafatı\"nı almaq böyük şərəfdir” - İlham Əliyev

“Bu mükafatı almaq böyük şərəfdir”.


Manset.az verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatolunma mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir:

"Bu, xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donald Trampa Vaşinqton sammitinin təşkilinə görə təşəkkür edirəm. O, üçtərəfli sammiti 2025-ci il avqustun 8-də təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı".

Prezident xatırladıb ki, hər iki ölkə 30 ildən artıq müharibə şəraitində olub:

"Altı aydır ki, sülh şəraitində yaşayırıq".

Azərbaycan Prezidenti vurğulayıb ki, Əbu-Dabidə keçirilən bu mərasim rəmzi xarakter daşıyır:

"Çünki bizim Ermənistanla danışıqların son raundu ötən ilin iyun ayında burada baş tutdu".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az