Yeni icra başçısı kollektivə təqdim olundu

10:21 - 10 Fevral 2026

Yeni icra başçısı kollektivə təqdim olundu

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub.


Manset.az xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutan təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Tahir Budaqov 2026-cı il fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonuna icra başçısı təyin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az