TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
Manset.az Bakupost-a istinadən xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində xidmət keyfiyyəti və pasiyent şikayətləri fonunda quruma qarşı ictimai narazılıqlar artmışdı.
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.