"İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan–Serbiya əlaqələrinin tarixində dərin siyasi və rəmzi məna daşıyır" - Deputat

16:28 - 16 Fevral 2026

\"İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan–Serbiya əlaqələrinin tarixində dərin siyasi və rəmzi məna daşıyır\" - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin artan siyasi çəkisini, prinsipial və ardıcıl xarici siyasət kursunu bir daha aydın şəkildə nümayiş etdirir. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin növbəti mərhələsi deyil, eyni zamanda qarşılıqlı etimada, səmimi dialoqa və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın parlaq təzahürüdür.


Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova Manset.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan ilə Serbiya arasında formalaşmış dostluq münasibətləri illər ərzində möhkəm siyasi iradə, qarşılıqlı hörmət və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik üzərində qurulub:


“Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç ilə keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş tərkibli danışıqlar və səsləndirilən mesajlar bu münasibətlərin dərin məzmun daşıdığını bir daha təsdiqləyir. geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə Azərbaycan etibarlı tərəfdaş, məsuliyyətli beynəlxalq aktor kimi çıxış edir. Bu kontekstdə Serbiya ilə əlaqələrin inkişafı regionlararası əməkdaşlığın güclənməsinə, sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amildir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi Azərbaycanın Avropa məkanında artan rolunun növbəti təsdiqidir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb:

“Ölkəmiz hər zaman dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalaraq beynəlxalq münasibətlərdə ədalətli mövqe sərgiləyir. Bu yanaşma Serbiya tərəfindən də yüksək qiymətləndirilir və qarşılıqlı siyasi etimadın möhkəmlənməsində mühüm rol oynayır. Rəsmi səfər çərçivəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında aparılan müzakirələr gələcəyə yönəlik konkret hədəflərin müəyyənləşdirildiyini göstərir. Bu, münasibətlərin yalnız deklarativ xarakter daşımadığını, real iqtisadi məzmunla zənginləşdiyini sübut edir”.

S.Salmanova onu da vurğulayıb ki, Prezident İlham Əliyevin rəsmi səfəri zamanı Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında iştirakının isə xüsusi rəmzi mənası var:

“Çünki fevralın 15-i Serbiyanın ən mühüm milli bayramı - Dövlətçilik Günü idi. Serbiya Prezidenti Aleksandar Vuçiç də iclasda bu məsələyə toxunaraq qeyd etdi ki, bu tarixi ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik. bu isə Azərbaycan Prezidentinə və dövlətinə olan xüsusi hörmətin, yüksək etimadın və səmimi dostluğun bariz ifadəsidir. Bütün bunlar Azərbaycanın Serbiya üçün nə qədər etibarlı və önəmli tərəfdaş olduğunu təsdiqləyir. Bu yanaşma, eyni zamanda, Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük siyasi nüfuzun və şəxsi etimadın təzahürüdür. Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının məhz belə bir gündə Belqrad şəhərində keçirilməsi Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişaf vektorunu müəyyən edən mühüm siyasi mesajdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinə göstərilən bu yüksək ehtiram təkcə protokol xarakteri daşımır. Bu, Azərbaycanın müstəqil siyasətinə, beynəlxalq hüquqa söykənən mövqeyinə, regional və qlobal proseslərdə konstruktiv roluna verilən obyektiv qiymətdir. Məhz bu səbəbdən cənab Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında iştirakı Azərbaycan–Serbiya əlaqələrinin tarixində dərin siyasi və rəmzi məna daşıyan mühüm hadisə kimi yadda qalacaq”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az