Sabiq icra başçısına yeni vəzifə verildi

13:05 - 17 Fevral 2026

Sabiq icra başçısına yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinə əvvəllər rəhbərlik etmiş şəxs yeni vəzifəyə gətirilib.


Manset.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin (PHŞ) nəzdində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Yeni yaradılan MMC-nin rəisi vəzifəsini müvəqqəti icra etmək Elçin Məmməd oğlu Hüseynəliyevə həvalə olunub.

Sözügedən təyinatla bağlı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nihad Qurbanov tərəfindən müvafiq əmr imzalanıb.

Xatırladaq ki, E.Hüseynəliyev 2005-ci ildən 2016-cı ilə qədər Babək Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, o, uzun müddət Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyəti sədrinin köməkçisi qismində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az