Fərid Şahbazlı Serbiya mediasına danışdı - İlham Əliyevin Belqrada səfəri strateji əməkdaşlığın yeni mərhələsidir

15:20 - 17 Fevral 2026

Fərid Şahbazlı Serbiya mediasına danışdı - İlham Əliyevin Belqrada səfəri strateji əməkdaşlığın yeni mərhələsidir

Editor.az informasiya portalının baş redaktoru, siyasi şərhçi, Fərid Şahbazlı Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfərini bu ölkənin nüfuzlu “Teleqraf” informasiya agentliyinə şərh edib. Baş redaktor müsahibəsində bildirib ki, səfər yalnız rəsmi görüşlərdən ibarət deyil və iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsini göstərir. (https://politika.telegraf.rs/4272401-kako-azerbejdzanski-mediji-prenose-vest-o-poseti-njihovog-lidera-srbiji-vise-od-ceremonijalne-diplomatije)


Fərid Şahbazlı deyib: “Bu səfər yalnız protokol xarakterli görüşlərdən ibarət deyil. Energetika, iqtisadiyyat, nəqliyyat sahələrində aparılan danışıqlar gələcək əməkdaşlığın əsasını qoyur. Bu, həm siyasi, həm də praktiki tərəfdaşlıq üçün mühüm mesajdır.”

Baş redaktor vurğulayıb ki, səfərin əhəmiyyəti yalnız təntənəli görüşlərlə ölçülə bilməz. “Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında münasibətləri rəsmi görüşlərdən çıxararaq, real və strateji əməkdaşlıq səviyyəsinə qaldırdı. Bu, iqtisadi və enerji əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar açır,” – deyə Şahbazlı qeyd edib.

O, müsahibəsində həmçinin əlavə edib: “Azərbaycan və Serbiya arasında əməkdaşlıq yalnız enerji sektorunu əhatə etmir. Logistika, sənaye, investisiya və nəqliyyat sahələrində də birgə layihələr üçün böyük perspektivlər var. Bu səfər münasibətləri möhkəmləndirir və gələcək əməkdaşlıq üçün dayanıqlı zəmin yaradır.”

Şahbazlı Serbiya mediasına deyib ki, səfər zamanı əldə olunan razılaşmalar iki ölkə arasında əlaqələrin daha dərin, praktik və uzunmüddətli xarakter almasını təmin edir: “Azərbaycan və Serbiya üçün bu, yalnız diplomatik görüş deyil, həm də regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edən strateji addımdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az