“Sözəbaxan uşaqdır”

23:58 - 25 Fevral 2026

“Sözəbaxan uşaqdır”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bu gün Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.


Manset.az xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evinə baş çəkiblər.

Prezident İlham Əliyev: Sənin neçə yaşın var?

Kişi sakin: Otuz iki.

Prezident İlham Əliyev: Sən işğaldan sonra anadan olmusan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Valideynlərin sağdır?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Harada yaşayırlar?

Kişi sakin: Xanabad kəndində.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək, bayırda şəkil çəkdirək. Əlini ver.

Sakin: İlham dayıya əlini ver. Afərin.

Prezident İlham Əliyev: Sözəbaxan uşaqdır.

Sakin: Çox yaxşı uşaqdır, çox ağıllı oğlandır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az