“Xocalıda olmağı çox istəyirəm, amma səhhətim imkan vermir” - Artur Rasizadə

16:50 - 26 Fevral 2026

“Xocalıda olmağı çox istəyirəm, amma səhhətim imkan vermir” - Artur Rasizadə

"Çox istəyərdim ki, Xocalıda olum, amma səhhətim imkan vermir”.

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycanın keçmiş Baş naziri Artur Rasizadə deyib.

Uzun illər hökumətə rəhbərlik etmiş Artur Rasizadənin bu gün 91 yaşı tamam olur. Dövlət xadiminin sözlərinə görə Xocalı faciəsindən sonra heç vaxt ad günü keçirməyib. O bildirib ki, əvvəllər Qarabağda olsa da, torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərə gedə bilməyib.

“Çox-çox istəyərdim, amma, səhhətim imkan vermir, görək, bəlkə havalar düzələndən sonra inşallah. Bilirsiniz, 91 yaşda çətindir, təzyiq problemim var”.

Qeyd edək ki, Artur Rasizadə 22 il Azərbaycan Respublikasının Baş naziri olub və ölkə tarixində ən uzun müddət bu vəzifəni icra edən hökumət başçılarından biri sayılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az