“Mən şəxsən Prezidentimlə görüşdüm, arzuma çatdım”

23:31 - 26 Fevral 2026

“Mən şəxsən Prezidentimlə görüşdüm, arzuma çatdım”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub sonra çıxış edib.

Ardınca Xocalı sakinləri hisslərini bölüşüblər:

Sakin: Sizinlə fəxr edirəm. Sağ olun, var olun. Həmişə arxanızdayıq.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Mən şəxsən Prezidentimlə görüşdüm, arzuma çatdım. Sizin bir dahiyanə sözünüz var: “Atamın vəsiyyətini yerinə yetirdim”. Öpürəm Sizi, var olun.

Prezident İlham Əliyev: Sağ olun.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az