Xocalı soyqırımı memorialı - Tarixi ədalət və sülh üçün güc mesajı

13:00 - 27 Fevral 2026

Xocalı soyqırımı memorialı - Tarixi ədalət və sülh üçün güc mesajı

Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial Kompleksinin Xocalı şəhərində açılışı çox önəmli tarixi hadisədir. O qədər də önəmli cənab Prezidentin açılış mərasimində dünya və yerli ictimaiyyətə verdiyi mesajlardı.


Bunlardan üçünü ayrıca vurğulamaq istərdim:

Birinci mesaj...

Məlum oldu ki, Kompleksin layihəsi müharbədən əvvəl hazır imiş və onun Bakıda inşa olunması planlaşdırılmışdı. 

Lakin Prezidentin inamı bu abidənin azad Xocalıda qurulacağına idi və bu inam özünü doğrultdu.

Həqiqətən, memorial Bakıda açılsa idi, bu daha çox simvolik xarakter dayışacaqdı, lakin bunun məhz Xocalıda açılması, faktiki suverenliyimizin və qələbəmizin mənəvi tamamlanması oldu.

Uzun illər Heydər Əliyev fondunun təşkilatçılığı ilə xalqımızın Xocalıya tələb etdiyi ədalət əvvəl döyüş meydanında, sonra Baki Hərbi Məhkəməsində və nəhayət  bu, soyqırım kompleksini azad edilmiş Xocalıda inşa etməklə bərqərar edildi.


İkinci mesaj...

Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.

Bu, Kompleks Xocalı soyqırımını heç vaxt unutdurmayacaq. Bəli, biz Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq.

Həqiqətən, tarix dəfələrlə sübut edib ki, unutqanlıq, xüsusilə, erməni kimi qonşularımıza münasibətdə həmişə bizim üçün faciələrlə nəticələnib.


Üçüncü mesaj...

Güclü olmaq və düşməni qorxu altında saxlamaq sülhün təminatıdır.

Prezidentin bildirdi ki, Ermənistan 44 günlük savaşda məğlub edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edildi ki, heç kimə, o cümlədən Qarabağda olan xarici ölkənin hərbçilərinə güvənməsin, separatizmə və  xunta rejiminə son qoysun. Lakin Ermənistan buna məhəl qoymadı, nəticədə, Azərbaycan güc yolu ilə Qarabağdakı hərbi xuntanı və separatizmi məhv etdi.

Yəni, Ermənistan yenə də gücə tabe oldu. Ona görə də biz bundan sonra da o qədər güclü olmalıyıq ki, heç kim bizim torpaqlarımıza bir daha göz dikməsin.

Hamımız yaxşı bilirik ki, biz Ermənistanı yalnız güc yolu ilə sülhə məcbur etmişik.

Əlbəttə, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın əbədi olmasını istəyir və bunun üçün hər şeyi edir.

Lakin Ermənistan və ya dünya ermənliyi haqqında bunu demək mümkündür? Xeyir, mümkün deyil.


Təkcə, bu günlərdə Britaniyada Erməni Milli Komitəsinin Parlamentdə 7 üzvü təsir altına alaraq qondarma “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” ilə bağlı araşdırma aparmağa başlaması göstərir ki, ermənilər hələ də ölkəmizə qarşı ərazi iddialarından imtina etməyiblər.

Ümid edirik ki, Azərbaycana dost olan Britaniya hökuməti və parlamenti bu təxribatın qarşısını vaxtında alacaq və bu məkrli planın icrasına imkan verməyəcək.

Bu hadisə bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi, biz elə gücdə olmalıyıq ki, Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı növbəti dəfə təcavüz etməyi ağlına belə gətirməsin.

Azay Quliyev

Milli Məclisin deputatı 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az