Prezident Bəhreyn və Bolqarıstana səfirlər təyin etdi

17:34 - 27 Fevral 2026

Prezident Bəhreyn və Bolqarıstana səfirlər təyin etdi

Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.


Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamına əsasən, Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.

Dövlət başçısının digər Sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edillib.

Prezidentin Sərəncamına əsasən Elmar Eldar oğlu Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az