XİN-dən İrandakı vətəndaşlarımıza XƏBƏRDARLIQ

11:57 - 28 Fevral 2026

XİN-dən İrandakı vətəndaşlarımıza XƏBƏRDARLIQ

"İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq".


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığında deyilir.

Bildirilir ki, həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur:

"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

[email protected]

+98 905 523 01 07

+98 901 884 55 31

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

[email protected]

+98 901 414 31 57

+98 935 317 21 01", - məlumatda qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az