Azərbaycan İrana başsağlığı verdi 

14:40 - 01 Mart 2026

Azərbaycan İrana başsağlığı verdi 

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı İran Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.


Manset.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığında hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az