İsrail Tehrana yaxın gizli nüvə obyektini MƏHV ETDİ

00:23 - 04 Mart 2026

İsrail Tehrana yaxın gizli nüvə obyektini MƏHV ETDİ

İsrailin Hərbi Hava Qüvvələri Tehranın kənarında yerləşən gizli nüvə obyektini məhv edib.


Manset.az xəbər verir ki, bu barədə The Times of Israel İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.

Məlumata görə qismən yeraltı olan və “Minzadehei” adlanan obyektdə bir qrup nüvə alimi “nüvə silahı üçün tələb olunan imkanların gizli şəkildə inkişafı üzərində çalışırdı”.

    Qeyd olunur ki, 2025-ci ilin iyununda İsrail və İran arasında baş vermiş 12 günlük müharibə zamanı nüvə obyektlərinə zərbələr endirilsə də, Tehran hərbi nüvə fəaliyyətini dayandırmayıb və infrastrukturu hava hücumlarından qorunan yeraltı məkana köçürərək işləri davam etdirib.

    "İran nüvə alimlərinin fəaliyyəti izlənilib və onların yeni fəaliyyət yeri müəyyən edildikdən sonra “gizli kompleksə dəqiq zərbə” endirilib", - İsrail Müdafiə Qüvvələrindən bildirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az