Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Unus kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Manset.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Unus kəndindən olan seçicilərlə yanaşı, Kələki və Pəzməri kəndlərindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Unus kəndində şəhid Quluzudə Nihat Qasım oğlunun və şəhid Yusifov Vüsal Nizami oğlunun məzarlarını da ziyarət edib.