Bu gün İran İslam
Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının hava limanı terminalı
və Şəkərabad kəndində, məktəb ərazisi yaxınlığında dron hücumu həyata keçirilməsi
ciddi narahatlıq doğurur. Bu cür hərəkətləri qətiyyətlə
pisləyirəm. Belə addımlar qəbuledilməzdir və beynəlxalq hüququn kobud şəkildə
pozulması deməkdir.
Xüsusilə regionda gərginliyin artıq yüksək olduğu bir
dövrdə bu cür hərbi xarakterli addımlar vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən İran tərəfi baş vermiş hadisə
ilə bağlı bütün məsələlərə aydınlıq gətirməlidir.
Eyni zamanda regionda
gərginliyin daha da artmasına yol verilməməsi son dərəcə vacibdir. Azərbaycan
Respublikası öz suveren ərazisini və vətəndaşlarının təhlükəsizliyini qorumaq
hüququnu özündə saxlayır.
Hesab edirəm ki, İran bütün məsələlərdə beynəlxalq hüquq normalarına riayət etməli və regionda gərginliyin artmasına səbəb ola biləcək bu kimi hərəkətlərdən çəkinməlidir.
Millət vəkili