Gürcüstan XİN İranın Azərbaycana hücumunu kəskin pislədi

18:22 - 05 Mart 2026

Gürcüstan XİN İranın Azərbaycana hücumunu kəskin pislədi

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində baş verən pilotsuz təyyarə hücumunu kəskin şəkildə pisləyib.


Manset.az xəbər veri ki, bəyanatda qeyd olunub:

"Hücum nəticəsində bir neçə vətəndaş xəsarət alıb. Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda gərginliyi artıran istənilən hərəkətlər qəbuledilməzdir".

Bəyanatda vurğulanıb ki, Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətləri nəzərə alınaraq, Gürcüstan çətin vəziyyətdə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.

Qeyd olunub ki, Gürcüstan regionda sülhün və sabitliyin qorunmasını vacib hesab edir və gərginliyin azaldılması üçün diplomatik dialoqu dəstəkləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az