Gürcüstanlı həmkarı Zakir Həsənova zəng etdi

21:52 - 05 Mart 2026

Gürcüstanlı həmkarı Zakir Həsənova zəng etdi

Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub. 


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

“Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub”, -  deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az