Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb etdi

18:36 - 06 Mart 2026

Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb etdi

İranla heç bir razılaşma olmayacaq, qeydsiz-şərtsiz kapitulyasiyadan başqa.


Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb.

"İranla qeyd-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacaq! Bundan sonra və layiqli lider(lər)in seçilməsindən sonra biz və bir çox müttəfiqlərimiz, tərəfdaşlarımız İranı məhv olmaq astanasından geri çəkmək üçün yorulmadan çalışacağıq, onu iqtisadi cəhətdən əvvəlkindən daha böyük, yaxşı və güclü edəcəyik. İranın böyük gələcəyi olacaq. "İranı yenidən böyük edək (MIGA!)". Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!", - o vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az