Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana XƏBƏRDARLIQ ETDİ

23:58 - 07 Mart 2026

Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana XƏBƏRDARLIQ ETDİ

Tükiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır.


Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran qonşuları ilə yaxşı yola getməlidir: "Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir. Bu gün müharibəni (ABŞ, İsrail və İran arasında) bitirmək üçün bütün diplomatik əlaqələri davam etdiririk. Digər tərəfdən TDT Türkiyə və qardaş Azərbaycan qarşısında baş verən hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az