Azər Qasımlıya hökm oxundu

16:36 - 11 Mart 2026

Azər Qasımlıya hökm oxundu

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətə azadlıqdan məhrum edilib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror A.Qasımlının 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az