Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana getdi - FOTOLAR

19:29 - 11 Mart 2026

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana getdi - FOTOLAR

Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.


Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

    Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib.

    Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

    Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

    Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib.

    Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.

    Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm bir təmələ sahib olduğunu söyləyib.

    Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az